Şəki Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Şəkidə hazırda ənənəvi davam etdirilən müxtəlif sənət növlərinin inkişafı buna bariz nümunədir. Şəki deyəndə ilk ağla gələnlərdən biri də, halvası və şirniyyatlarıdır. Burada müxtəlif halva ustalarının hər birinin özünəməxsus ləzzət sirri olmuşdur. Şəki halvaçılıq sənəti tarixində daha dərin köklərə bağlı, hazırladığı şirniyyatların dadı və ləzzəti ilə dillərdə əzbər olan məşhur Halvaçı Yəhya Məmmədhəsən oğlunun xidmətləri əvəzsizdir. Bu nəsildə ilk halvaçı olan Yəhya kişinin bu sənətə başlama tarixi 1842 - ci ilə bağlıdır. Halvaçılıq sənəti bu şəcərədə ikinci olaraq Yəhya kişinin oğlu Səmədə, ondan sonra Səməd kişinin oğlu Məmmədhəsənə ötürülmüşdür.
Daha sonra bu sənət halvaçı Məmmədhəsənin oğlu Yəhyaya keçmişdir. XX əsrdə Şəkidə halvaçılıq sənətinin inkişafı, respublika səviyyəsində tanınması məhz halvaçı Yəhyanın adı ilə bağlıdır. Müxtəlif illərdə fərqli məkanlarda, rayon və şəhərlərdə halvaçılıq sənətini davam etdirən halvaçı Yəhya bu sənəti övladlarına, onlar da öz övladlarına öyrətmişdir. Hazırda Şəkinin Yuxarı Karvansaray adlanan tarixi məkanında fəaliyyət göstərən “Halvaçı Yəhya Şirniyyat Evi” 25 ildir ki, eyni məkanda fəaliyyət göstərir.
Mağazada 40 çeşiddə müxtəlif Şəki şirniyyatları müştərilərə təklif olunur. Burada siz, mağazadaxili satışla yanaşı, Bakı şəhərinə, bölgələrə və Şəki rayonu daxili çatdırılma xidmətindən də yararlana bilərsiniz. Çoxsaylı yerli və xarici müştərisi olan müəssisə 180 illik sənət tarixini yaşatmaq və gələcək nəsillərə ötürməkdən qürur hissi duyur!
9:00 - 19:00
MƏHSULLARIMIZIN ÇEŞİD VƏ QİYMƏTLƏRİ İLƏ TANIŞ OLUN: